Ermənistan prokurorluğu Qacaran şəhərinin meri Manvel Paramazyan və onunla əlaqəli şəxslərdən 2,5 milyon dollara yaxın pulu müsadirə etmək istəyir.
Demokrat.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, artıq Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi nəzarət orqanının müvafiq iddiasını qəbul edib.
Belə ki, onun 6 ədəd daşınmaz əmlakı, 2 avtomobili və şirkətdəki payı da müsadirə edilir.
Paramazyan 2021-ci ildə müxalifəti dəstəkləyib və ona qarşı iş açılıb. Lakin bir il sonra mer Qacarana səfər edən baş nazirin həyat yoldaşı Anna Akopyanı gül-çiçəklə qarşılayıb.