Türkiyə ordusu Suriyada PKK/YPG-yə qarşı növbəti əməliyyatını həyata keçirib.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, əməliyyatlar çərçivəsində Suriyanın şimalındakı “Fərat qalxanı” və “Zeytun budağı” bölgələrində 12 PKK/YPG terrorçusu zərərsizləşdirilib.