Hər il 30 milyondan çox insan bu xəstəliyin qurbanı olur

SOSİAL 08 avqust 2024, 16:21
Azərbaycanda on minə yaxın İİV (İnsanın İmmunçatışmazlığı Virusu) daşıyıcısı var. Ölkədə İİV infeksiyası ilk dəfə 1987-ci ildə aşkar olunub. Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova “Sağlam radio”da yayımlanan “Sağlam həyat” verilisində açıqlayıb 2024-cü ilin 2-ci rübünə kimi ölkədə 9926 nəfərin İİV daşıyıcısı kimi qeydə alındığını deyib. Onun sözlərinə görə, onlardan 69,5%-i kişi, 30,5%-i qadındır: "Aparılan əks epidemik tədbirlər nəticəsində ölkədə İİV/QİÇS-lə mübarizə istiqamətində mühüm addımlar atılıb və nailiyyətlər qazanılıb. Azərbaycan region ölkələri ilə müqayisədə İİV infeksiyasının yayılma göstəricisi ən aşağı olan ölkələr sırasındadır. Xüsusilə qeyd etmək istərdim ki, ölkədə İİV/QİÇS-lə mübarizə sahəsində aparılan çoxistiqamətli profilaktika strategiyası hesabına İİV/QİÇS-lə bağlı cəmiyyətdə məlumatlılıq səviyyəsi artıb”.

Həkim-infeksionist Mərdan Əliyev Demokrat.az-a açıqlamasında söyləyib ki, İİV orqanizmdə gizli şəkildə davam edir, şəxs virusa yoluxduğundan uzun müddət xəbərsiz ola bilər:

“Bu xəstəlik zamanı insandan immunitet çökür, orqanizm bir çox xəstəliklərə qarşı həssas olur, hətta yüngül xəstəlikləri belə çətin keçirir. İİV QİÇS səviyyəsinə çatdıqda ölümlə nəticələnə bilər. İİV həm də vərəmə yoluxma riskini artırır. İİV-ə yoluxan insanlarda zökəm, dəri səpkiləri kimi bəzi əlamətlər özünü göstərir. Çoxları bu əlamətləri digər xəstəliklərlə səhv salır və etinasız yanaşır. Xəstəlik ağırlaşdıqda isə müalicə üçün artıq çox gec olur. Bir neçə cinsi partnyoru olan insanlar, narkomanlar risk qrupudur, çünki xəstəlik cinsi yolla və qanla keçir. İİV vaxtında aşkar edilib xüsusi preparatlarla müalicə olunmazsa, insana həyatı bahasına başa gələ bilər. Bəzən insanlar İİV-ə yoluxub yoluxmadıqlarını bilmək üçün test verməkdən çəkinirlər, amma buna gərək yoxdur, çünki analiz nəticələrinin anonimliyi qorunur, test və müalicə gizli aparılır. Dünyada 37 milyondan çox insan İİV-lə yaşayır, hər il təxminən 30 milyondan çox insan bu xəstəlikdən dünyasını dəyişir”. 

Törə Zeynallı
Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 sentyabr 2024, 14:16
Top