Buğda ixracı ucuzlaşır - Çörəyin qiymətinə necə təsir edəcək?

İQTİSADİYYAT 07 avqust 2024, 18:52
Rusiya bu gündən etibarən buğdanın ixracına tətbiq etdiyi rüsumu azaldır. 

Demokrat.az TASS-a istinadən xəbər verir ki, bir ton buğda üçün alınan rüsum 444,4 rubla qədər azaldılacaq. 

Rusiya Kənd Təsərrüfatı Nazirliyi bildirib ki, arpa və qarğıladıya rüsum tətbiq edilməyəcək. Buğda üçün ixrac rüsumunun dərəcəsi bir ton üçün 216,7 dollar, arpanın bir tonu üçün 177,9 dollar, qarğıdalı üçün 194,8 dollar olaraq hesablanır. 

Rusiya hökuməti taxıl ixracına rüsumları 2021-ci ildən tətbiq edir. Rüsum əsas qiymətlə göstərici qiymət arasındakı fərqin 70%-ni təşkil edir. Moskva birjasında qiymətlər qeydə alınmış ixrac müqaviləsi qiymətlərinə əsasında həftəlik hesablanır.

İqtisadçı ekspert Eldəniz Əmirov Demokrat.az-a açıqlamasında deyib ki, ixrac rüsumunun azaldılması Azərbaycanda çörəyin qiymətinə tezliklə təsir göstərməyəcək:

“Ərzaq təhlükəsizliyi dünyada vacib məsələdir, Azərbaycan da bu məsələyə hər zaman ciddi yanaşır. Buna görə də əvvəlcədən böyük həcmdə buğda tədarükü görülüb. Nəticədə dünya bazarlarında buğdanın qiymətində baş verən bahalaşma Azərbaycana ciddi təsir etmir. Buğdanın bahalaşmasının təsirlərini bir neçə ay sonra müşahid edirik, digər ölkələrdə buğdanın qiyməti dərhal bahalaşsa da bizdə bu proses tezliklə baş vermir. 

Ucuzlaşmaya da eyni prinsiplə yanaşmalıyıq. Buğda idxal etdiyimiz ölkələrdə qiymətlər ucuzlaşırsa, Azərbaycanda bu yenə də aylar sonra özünü göstərir. Yəni yaxın vaxtlarda ölkədə unun və çörəyin qiymətinin ucuzlaşacağını gözləmək olmaz”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 sentyabr 2024, 00:27
11 sentyabr 2024, 22:18
Top