“Onun-bunun qapısında pul yığmaq üçün diləndik”

ŞOU-BİZNES 07 avqust 2024, 15:01
"Mənə bəzən deyirlər ki, siz hansısa bir məsələ haqda danışarkən yanıqlı və içdən danışırsınız. Deyirəm ki, bacım gənc yaşında xərçəng xəstəliyindən 38 yaşında dünyasını dəyişdi. Onun azyaşlı uşaqları yetim qaldı. Bunu yaşamışam".

Demokrat.az Olay-a istinadən bildirir ki, bu sözləri Xoşqədəm Hidayətqızı aparıcısı olduğu "Səni axtarıram" verilişində deyib. Xoşqədəm ailəsində baş verən faciə dolu hadisələrdən söz açıb. 

Hidayətqızı bildirib ki, proqramı apararkən bacısı oğlunun göldən nəşinin çıxarması xəbərini alıb:

"1990-ci illərdə qardaşımın biri vəfat edib. Bu yaxınlarda xəstə atam bacıları və qızları ilə birlikdə onun dağıdılmış məzarını çətinliklə tapdı. Bunu necə danışmayım. Digər qardaşım Vətən və yurd həsrəti ilə öldü. O vəfatından əvvəl məndən söz aldı ki, torpaqlarımız geri qayıdandan sonra məzarımı ora köçürəcəksən. Necə bunu danışmayım?! Qardaşımın övladı "leykoz" xəstəliyindən qucağımda öldü. İllərlə onun üçün Türkiyədə və digər ölkələrdə qan və donor, ilik axtardıq. Onun-bunun qapısında pul yığmaq üçün diləndik. Dərdimiz çoxdur, saymaqla bitməz. Ona görə verilişim "Səni axtarıram"a pənah gətirən insanların dərdini özüm kimi bilirəm. Ona görə onlara özümünkü kimi yanaşıram. Faciə nədir bilirəm. Əmimin yüksək dağların birində yıxılmışdı, yox olmuşdu... Bütün kənd camaatı günlərlə onu axtarırdılar. Nənəm onun tapılması üçün göz yaşı axıdırdı. Bacımın 14 yaşlı uşağı suda boğularaq öldü. Yəni bu dərdlərin hamısını yaşadığım üçün mən bu verilişə pənah gətirən insanların dərdini özümkü hesab edirəm. Ona görə yana-yana danışıram. Bacımın oğlu göldə axtarılıb tapılana qədər mən verilişdə idim. Efiri dayandırmadım. Hər an rejissor qulağıma xəbər verirdi. Düşünün ki, mən verilişi necə aparmışam. Bacımın oğlunun göldən meyiti çıxarılanda veriliş bitdi və mənə bu xəbəri çatdırdılar. Bunları mən yaşamışam. İnsanların dərdinə öz dərdiniz kimi yanaşın".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 sentyabr 2024, 23:00
Top