Seçicilərlə görüş üçün açıq və qapalı yerlər

DAXİLİ SİYASƏT 07 avqust 2024, 11:28
Sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış görüş yerlərinin siyahısı açıqlanıb.

Demokrat.az xəbər verir ki, yerlər “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna müvafiq olaraq ayrılıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi saytında təşviqat üçün ayrılan açıqqapalı yerlərin siyahısı dərc olunub.

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına avqustun 9-dan başlanılacaq, proses avqustun 31-i saat 08:00-a kimi davam edəcək.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 sentyabr 2024, 23:00
Top