Seçkidə məğlub olan partiyalar dövlət büdcəsindən ayda 1500 manat alacaq

DAXİLİ SİYASƏT 04 sentyabr 2024, 14:47
“Siyasi partiyalar” haqqında yeni qanuna görə, seçkilərə qatılan, lakin deputat yeri qazana bilməyən partiyalar da dövlət büdəcindən maliyyə alacaq. 

Demokrat.az
bildirir ki, qanuna görə, büdcədən ayrılan vəsaitin 40%-i parlamentə düşən partiyalara, 50%-i deputatların sayına görə bölünəcək. Vəsaitin 5%-i təkrar və əlavə seçkilər nəticəsində, həmçinin fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranmasına görə ayrılır. Yerdə qalan 5 faizin isə – 2,5 faizi parlament seçkilərində iştirak edən və namizədləri etibarlı səs qazanan, lakin parlamentə düşməyən partiyalar arasında bərabər bölünməlidir.

Qalan 2.5%-i isə həmin partiyalar arasında proporsional qaydada (yəni aldıqları səsə uyğun olaraq) bölünəcək.

 Əvvəlki qanunda parlamentdə təmsil olunmayan partiyalar dövlətdən yardım almaq üçün seçkilərdə ən azı 3% səs qazanmalı idi. İndi bu qayda ləğv edilib və səs qazana bilən bütün partiyalara aid olacaq.

1 sentyabr seçkilərində aşağıdakı 13 siyasi partiya seçkiyə qatılsa da mandat ala bilməyib.

Müsavat Partiyası
Ağ Partiyası (AğP)
Azərbaycan Ümid Partiyası (ÜMİD)
Azərbaycan Xalq Partiyası (AXP)
Azərbaycan Demokrat Partiyası (ADP)
Ədalət Partiyası
Müasir Musavat Partiyası (MMP)
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP)
Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP)
Yeni Zaman Partiyası (YZP)
Gələcək Azərbaycan Partiyası (GAP)
Haqq Ədalət Partiyası (HƏP)
Azad Vətən Partiyası (AZAD VƏTƏN)

İqtisadçı ekspert Razi Abasbəyli bildirib ki, 20024-ci ilin dövlət büdəcsindən siyasi partiyaların maliyyələşməsi üçün 5 milyon manat vəsait ayrılıb. Parlamentdə təmsil olunmayan siyasi partiyalar bir il üçün nə qədər vəsait ala biləcəklər.

“5 milyon manatın 5 faizi 250 min manat edir. Bu vəsaitin 2.5 faizi, yəni 125 min manatı deputatı olmayan yuxarıda qeyd etdiyimiz 13 siyasi partiya arasında bərabər bölünəcək. Bu da 125 min : 13 = 9 min 615 manat edir. Yerdə qalan 2.5 faiz, yəni 125 min manat da deputatı olmayan, lakin aldıqları səsin həcminə görə 13 siyasi partiya arasında bölünəcək. MSK hələlik hansı partiyanın nə qədər səs almasına dair statistik məlumatları açıqlamayıb.

Lakin ilkin məlumatlara görə bu rəqəm 13 partiya arasında təsminn eynidir. Yəni mandatsız qalan və seçkilərdə iştirak etmiş partiyalar aşağı-yuxarı eyni səs alıblar. O zaman da ehtimal ki, yerdə qalan 125 min manat da 13 siyasi partiya arasında bərbaər bölünəcək.

Beləliklə deputat yeri qazanmayan hər bir partiya dövlət büdcəsindən toplam olaraq İLLİK 17-18 miin manat vəsait alacaq. Əgər biz bu rəqəmi də bir ilə, yəni 12 aya bölsək o zaman deputatı olmayan siyasi partiya hər ay büdcədən 1500 manat pul ala biləcək”.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top