“Azadlıq qəzeti”nin Azərbaycan Respublikasının hüquq mühafizə orqanları haqqında mənfi imic yaratmaqda məqsədi nədir?

DAXİLİ SİYASƏT 08 sentyabr 2024, 12:11
“Azadlıq qəzeti" davamlı olaraq hüquq mühafizə orqanları, xüsusilə polis haqqında həqiqətə uyğun olmayan, manipulyativ və ləkələyici məlumatlar yayması ilə tanınır. Belə məlumatlardan biri 4 sentyabr 2024-cü il tarixində “Azadlıq qəzeti"nin “facebook” səhifəsində “Polislər Bakıda iki günə iki nəfəri güllələyib öldürdü” sərlövhəsi altında paylaşılıb. Məlumatda qeyd olunur ki, Azərbaycanda son iki gündə (3-4 sentyabr-red.) polislər iki vətəndaşı güllələyərək qətlə yetirib. Hər iki hadisə Sabunçu rayonunda baş verib. Sentyabrın 3-də gecə yarı 25 yaşlı Elşən Haxverdiyevi, sentyabrın 4-də axşam saat 21.00 radələrində isə Akif Məmmədovu xidməti silahlarla öldürüblər. Daxili İşlər Nazirliyi hər iki vətəndaşın öldürülməsilə bağlı rəsmi açıqlamada iddia edir ki, guya onlar polisə müqavimət göstərib, bu səbəbdən polis də onları “zərərsizləşdirib”. Elşən Haxverdiyevlə bağlı açıqlama isə lap absurddur. Deyirlər ki, polislər onu tutmaq istəyəndə kəsici-deşici alətlə müqavimət göstərərək, qaçmağa cəhd göstərib, bu səbəbdən vurub öldürüblər”.

Faktyoxla Lab. qəzetin bu iddialarını araşdırmağa çalışıb.

Qəzetin qeyd etdiyi birinci hadisə haqda DİN-in yaydığı məlumatda bildirilir ki, sentyabrın 3-də gecə saatlarında Sabunçu rayonunda evlərdən birinə naməlum şəxsin basqın etməsi ilə bağlı ev sahibəsi tərəfindən polisə məlumat daxil olub. 

Hadisə yerinə yaxınlaşan polis əməkdaşlarına şübhəli şəxs kəsici-deşici alətlə müqavimət göstərib, qaçmağa cəhd edib. Ev sakinlərinin təhlükəsizliyi təmin etmək məqsədilə şübhəli şəxs polis əməkdaşları tərəfindən xidməti tabel silahı ilə zərərsizləşdirilib. 

Müəyyən edilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən – 1999-cu il təvəllüdlü, əvvəllər qəsdən sağlamlığa zərər vurma, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə görə məhkum olunan Haxverdiyev Elşən Zaur oğlu olub. 



İkinci hadisə ilə bağlı açıqlamaya isə deyilir: DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, sentyabrın 4-də saat 21 radələrində paytaxtın Sabunçu rayonunda polis əməkdaşları tərəfindən evlərin birində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli daxil olan məlumat üzrə əməliyyat keçirilib. 

Əməlliyyat tədbirində polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs xidməti tabel silahı tətbiq olunmaqla zərərsizləşdirilib. Müəyyən edilib ki, narkopriton təşkil edən şübhəli şəxs əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Məmmədov Akif Zakir oğludur. Hadisə yerindən 2 kq müxtəlif növlü narkotik vasitələr və “Makarov” markalı tapança aşkar olunaraq götürülüb.

Bəs, hansı halda Polisin odlu silahdan istifadəsinə icazə verilir. Polis əməkdaşının odlu silahdan istifadəsi “Polis haqqında” Qanunun 26-cı maddəsi ilə (Polis tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiqi) tənzimlənir.



Hər iki hadisədə polis tərəfindən məcburi silah tətbiqi “Polis haqqında” Qanunun 26-cı maddəsinin (Polis tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiqi) müddəalarına uyğundur:

- insan həyatına və sağlamlığına real təhlükə yaradan basqın və ya digər zorakılıq edildikdə;

- yaşayış binalarına, habelə müəssisələrin, idarələrin, təşkilatların binalarına qrup halında basqın dəf edildikdə;

- cinayət törədilməsində şübhələndiyinə görə tutulmuş şəxsin həbsdən qaçmasının qarşısını aldıqda

- şəxs yaxalanarkən silahlı müqavimət göstərdikdə;

- insan həyatına real təhlükə yaradan cinayətin qarşısı alındıqda;

Beləliklə,

Qərb ölkələrində polis tərəfindən günahsız insanların heç bir səbəb olmadan güllələnməsi, dəyənəklərlə döyülməsi, zorakılıqla həbs edilməsi, işgəncə görməsi haqda dəfələrlə məlumatlar yayılsa da “Azadlıq qəzeti" və onunla eyni şəbəkədə olan sayt və bloqlar bu mövzuya toxunmamağı üstün tutublar.



*Bu linkdə ABŞ-da polis tərəfindən qətlə yetirilən günahsız insanlar haqda “Əl-Cəzirə” kanalının hazırladığı infoqrafika təqdim edilib;

*Bu linkdə isə 2017-2024-cü illərdə polis tərəfindən qətlə yetirilən günahsız insanların statistikası verilib.





Amma “Azadlıq qəzeti" “guya onlar polisə müqavimət göstərib”, “Elşən Haxverdiyevlə bağlı açıqlama isə lap absurddur” yazmaqla faktlarla manipulyasiya edir, qərəzli mövqe nümayiş etdirərək təhlükədə olan insanları qoruyub, silahlı şəxsi zərərsizləşdirən polis haqqında əsassız şübhələr yaradır. Bu, medianın peşə prinsiplərinə zidd tərzdə öz vəzifə borcunu yerinə yetirən, polis haqqında neqativ imic yaratmaqla yanaşı, həm də məlum şəbəkəni xaricdən maliyyəşdirən dairələrin sifarişini yerinə yetirdikləri haqda şübhələri təsdiqləyir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 oktyabr 2024, 11:20
09 oktyabr 2024, 10:55
Top