"Yarmarkada satılan balların qiymətləri arasında fərqlər var" — İqtisadçı

GÜNDƏM 09 sentyabr 2024, 21:05
Bu gündən Bakıda Kənd Təsərrüfatı Nazirliyi və "Azərbaycan Arıçılar Assosiasiyası" İctimai Birliyinin birgə təşkilatçılığı ilə arıçılıq məhsullarının 24-cü Respublika Sərgi-Satış Yarmarkasına start verilib. Sentyabrın 29-na qədər davam edəcək yarmarka hər gün saat 09:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) fəaliyyətdə olacaq.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları arıçıların iştirakı ilə yarmarkada satışa çıxarılan məhsullardan nümunələr götürərək laboratoriya şəraitində yoxlayıb. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar yarmarkada satışa buraxılmayıb.

Yarmarkada iştirak üçün hər bir arıçıya iyulun 26-na qədər arıçılıq təsərrüfatlarını Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçərkən etdiyi bəyana uyğun olaraq minimum 40 arı ailəsinə malik olması tələbi qoyulub. Hər arıçı yarmarkaya maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı satışa çıxara bilib.

İqtisadçı Akif Nəsirli Demokrat.az-a açıqlamasında deyib ki, yarmarkada satılan balların qiymətləri arasında fərqlər var:

“Balların qiyməti 25 manatdan başlayır, bu Aran balıdır. Dağlıq və dağətəyi zonalardan gətirilən bal 30-40 manata, Laçın, Kəlbəcər balı hətta 50 manata təklif olunur. Bu da balın keyfiyyəti ilə bağlıdır. Hər zonanın iqliminə, təbii xüusiyyətlərinə, torpaq örtüyünə görə yetişdirilən balın dadı və keyfiyyəti də fərqli olur. 

Düşünürəm ki, arıçılıq məhsullarının təbliğinə ehtiyac var. Əhalinin tələbatı ən çox bala olsa da, arı südü, arı şanı və digər məhsullar baldan da keyfiyyətlidir, yüksək şəfa qabiliyyətinə malikdir. Əhali baldan başqa digər arıçılıq məhsullarından da faydalanmalıdır. Bu işdə də arıçıların üzərinə böyük vəzifə düşür”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 sentyabr 2024, 09:25
17 sentyabr 2024, 08:41
Top