"Təhsilini xaricdə davam etdirmək istəyən gənclər nəzərə almalıdırlar ki..." — AÇIQLAMA

GÜNDƏM 16 sentyabr 2024, 21:35
Bu gündən minlərlə gənc tələbəlik həyatına başlayır. Ali təhsil insanın həyatında mühüm rol oynayır. Universitet dövrü mühüm bir mərhələnin başlanğıcıdır. Bu dövr gənclərə bir çox üstünlüklər qazandıra bilər. Təbii ki, qarşıdakı illəri maksimum dərəcədə dəyərləndirməkdən çox şey asılıdır.  

Təhsil eksperti Adil Vəliyev Demokrat.az-a açıqlamasında qeyd edib ki, universitet həyatına yenicə başlayan gənclər özləri üçün bir istiqamət müəyyənləşdirməli və bu yolda özlərini inkişaf etdirməlidirlər:  

“Bir gəncin həyatının ən gözəl çağlarından biri tələbəlik illəridir. Tələbələr bu dövrü düzgün dəyərləndirməli, səmərəli keçirməlidirlər. Bu onların gələcək həyatlarında mühüm rol oynayan bir dövrdür. Bunun  üçün də ilk öncə ixtisas seçimini düzgün etmək lazımdır. Elə bir ixtisasa yiyələnmək lazımdır ki, məzun olduqdan sonra karyera qurmaq imkanları geniş olsun, iş həyatında uğur əldə edilsin. Tələbələr çalışmalıdırlar ki, ixtisasdan əlavə xarici dil öyrənsinlər. Əsas dil təbii ki, ingilis dilidir dövrümüzdə. Bundan başqa texnoloji imkanları geniş olan, inkişaf edən Çin, Cənubi Koreya, Yaponiya kimi ölkələrin dilini də bilmək üstünlük olardı. Həmçinin tələbələr sosial fəaliyyətlərdə aktiv iştirak etməlidirlər. Təhsilini xaricdə davam etdirmək istəyən şəxslər nəzərə almalıdırlar ki, beynəlxalq universitetlər xarici tələbə seçimində ortalama bala və tələbənin sosial aktivliyinə üstünlük verir. Universiteti bitirəndə ortalama göstəricinin yüksək olması ümumiyyətlə böyük üstünlükdür”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 sentyabr 2024, 21:26
18 sentyabr 2024, 21:16
Top