Ailə Konsepsiyası"nın hazırlanmasına başlanılıb

DAXİLİ SİYASƏT 01 sentyabr 2024, 14:00
Növbəti dönəm üçün yeni konsepsiyalarımızla qanunvericiliyə dəyişiklik edilməsi üçün tövsiyələrimiz olacaq.

Demokrat.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Komitə "Ailə Konsepsiyası"nın hazırlığına start verilib:

"Fəal şəkildə ictimai müzakirələr təşkil edəcəyik. Bütün sadalanan problemlər Azərbaycanın siyasətinin mahiyyətinə uyğun olaraq yalnız ailə müstəvisində, ailənin və hər bir fərdin marağı üstün tutulmaqla həll edilməlidir. Bu konsepsiyanın hazırlanmasında da biz ailə mərkəzli siyasət yürütməyə çalışacağıq". (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 sentyabr 2024, 17:48
15 sentyabr 2024, 16:16
Top