Mürsəl İbrahimov Sabunçuya rəis təyin etdi — FOTO

DAXİLİ SİYASƏT 04 sentyabr 2024, 12:07
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Sabunçu rayon idarəsinə yeni rəis təyin edilib.

Demokrat.az unikal-a istinadən xəbər verir ki, bu barədə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov əmr imzalayıb.

Əmrə əsasən, polkovnik-leytenant Eldar Nəbiyev SHXÇDX-nin Sabunçu rayon idarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, E.Nəbiyev bu təyinatadək SHXÇDX-nin Sabunçu rayon idarəsində həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi olub.


Fotoda Eldar Nəbiyev

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top