Borrel Qəzza zolağına səfər edəcək

DÜNYA 09 sentyabr 2024, 20:38
Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel və Misir Ərəb Respublikasının prezidenti Əbdülfəttah əs-Sisi arasında Qahirədə görüş olub.

Demokrat.az
"skynews"a istinadən xəbər verir ki, görüşdə Qəzza zolağında siyasi və humanitar vəziyyət, atəşkəs əldə olunması, həmçinin Misirlə Avropa İttifaqı arasında ikitərəfli münasibətlər müzakirə olunub.

Görüşdə Qəzzada atəşkəsin əldə edilməsi və Yaxın Şərqdəki vəziyyətin normallaşması üçün Misirin intensiv səylər göstərdiyi qeyd olunub. Girov və məhbusların mübadiləsinin vacibliyi bir daha nəzərdən keçirilib. 

Məlumata görə Borelin Qəzza zolağı ilə Rəfah sərhəd-keçid məntəqəsinə səfəri və orada çalışan beynəlxalq humanitar təşkilatların nümayəndələri ilə görüşməsi də planlaşdırılır. Misirdən sonra Borelin Livana səfəri də gözlənilir. 


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 sentyabr 2024, 09:25
17 sentyabr 2024, 08:41
17 sentyabr 2024, 08:23
Top