İsrailin müdafiə naziri "Hizbullah" məsələnin yeganə həlli yollunu açıqladı

DÜNYA 17 sentyabr 2024, 00:00

İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, ölkəsinin Livanla sərhəddə vəziyyəti sabitləşdirmək üçün "Hizbullah" hərəkatına qarşı hərbi addım atmaqdan başqa seçimi yoxdur.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, o, bu barədə İsrailə səfərə gələn ABŞ prezidentinin enerji və investisiyalar üzrə köməkçisinin müavini və baş müşaviri Amos Hokstin ilə görüşdə məlumat verib.

Görüşdən sonra Qalant "Hizbullah"la razılığa gəlmək imkanının azaldığını vurğulayıb.

"İsrailin şimalında yaşayanların öz evlərinə qayıtmasının yeganə yolu hərbi əməliyyatdır" , - deyə nazir qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 noyabr 2024, 09:21
Top