Fizika üzrə Nobel mükafatçısı öldü

DÜNYA 06 avqust 2024, 08:27
Çin əsilli ABŞ-li fizik Li Çjendao 97 yaşında vəfat edib.

Demokrat.az
xəbər verir ki, bu barədə Şanxay Jiaotonq Universiteti məlumat yayıb.

O, 1957-ci ildə, 31 yaşında, zəif qarşılıqlı təsirlər üçün fəza paritetinin saxlanması qanununu təkzib etdiyinə görə fizika üzrə Nobel mükafatını qazanıb. Alim bu mükafatı alan ikinci ən gənc alim olub.

Bundan əlavə, Li Çjendao Albert Eynşteyn mükafatı və Qalileo Qaliley medalı laureatı olub. Qeyd olunur ki, “atom bombasının atası” Robert Oppenheymer alimi o dövrün ən parlaq nəzəri fiziklərindən biri adlandırırdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 sentyabr 2024, 13:14
Top