Məşhur “The New York Times” qəzeti HƏMAS lideri İsmayıl Haniyənin bir neçə ay əvvəl Tehrandakı qonaq evinə qoyulan bomba nəticəsində öldürüldüyünü yazıb.
Demokrat.az xəbər verir ki, qəzet adını açıqlamadığı 7 Yaxın Şərq rəsmisinə əsaslanaraq bu məlumatı verib.
Çərşənbə günü Tehranda öldürülən Haniyənin necə öldürüldüyü müzakirə mövzusu olarkən Tasnim Xəbər Agentliyi hadisə şahidlərinin Haniyənin otağının pəncərəsinə raketə bənzər bir cismin dəyib partladığını bildirib.
Bununla belə New York Times qəzeti yazıb ki, Həmas lideri İsmayıl Haniyə raketlə deyil, Tehranda qaldığı qonaq evində gizli şəkildə uzaqdan idarə olunan bomba ilə öldürülüb.
Əfsanə Rəcəb
Demokrat.az