“Türkiyədə istehsal olunan xüsusi maddələr...” — Saxta bal necə hazırlanır?

SOSİAL 30 iyul 2024, 17:37
Xəbər verdiyimiz kimi, Kənd Təsərrüfatı Nazirliyinin və "Azərbaycan Arıçılar Assosiasiyası" İctimai Birliyinin təşkilatçılığı ilə bu il sentyabrın 9-29-da Bakıda keçiriləcək arıçılıq məhsullarının 24-cü Respublika Sərgi-Satış Yarmarkasında iştirak üçün qeydiyyat başlayıb. Builki yarmarkasında növbəlilik əsasında ilk qeydiyyatdan keçmiş 250 arıçı iştirak edəcək. Yarmarkaya bu il iyulun 26-na qədər arıçılıq təsərrüfatlarını Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan edən və minimum 40 arı ailəsi olan fermerlər müraciət edə bilərlər. Bir arıçı yarmarkada maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı satışa çıxara bilər.

Bazarda müxtəlif adda və növdə arıçılıq məhsulları var. Yaxşı balı seçməyi isə hər kəs bacarmır. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a açıqlamasında təəssüflə qeyd edib ki, bazarın bu seqmenti hədddən artıq çirkənmiş vəziyyətdədir:

“İstehsalçılar saxta balı təmiz bal adı ilə gətirib bazara daxil edirlər. Bu halların qarşısını almaq üçün arıçılar assosiasiyası yaradılıb. Vaxtaşırı məsləhətlər veririk, lakin bizə texniki dəstək lazımdır, bu barədə isə heç bir təşəbbüs göstərilmir. Bazarın saflaşdırılması üçün heç bir iş getmir təəssüf olsun ki. Bu o deməkdir ki, onlar özləri də saxta işlə məşğul olurlar. Yaxşı balı seçmək üçün bəsit üsullar var, lakin əsas məsələ arının ağız suyunun miqdarı məsələsidir ki, bunu da yalnız laborator şəraitdə etmək mümkündür. Saxta bal istehsalçıları bəsit üsulların da qarşısını ala bilirlər. Türkiyədə istehsal olunan xüsusi maddələr var, saxta bal istehsalında bunlardan istifadə edirlər. Çox mürəkkəb alqoritmlə bal hazırlanır və markalanaraq bazara buraxılır. Dadını, qoxusunu təmiz baldan ayırd etmək mümkün olmur. Arıçılar isə bunun qarşısını almaq üçün heç bir iş görmür. AQTA-nın laboratoriyaları balın tərkibini araşdırmaq işini pulla görür. Kənd Təsərrüfatının təşkil etdiyi yarmarkalardan illərdir ki, mənə şikayətlər gəlir. Bir il yarmarkaya buraxılmayan istehsalçı, növbəti il yarmarkada iştirak edir, guya balı daha bir il qalıb keyfiyyəti yaxşılaşıb”.

Törə Zeynallı
Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 oktyabr 2024, 16:57
10 oktyabr 2024, 16:50
Top