Ancelina Coli və Bred Pittin oğlu Paks kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
Demokrat.az xəbər verir ki, bu barədə "TMZ" məlumat yayıb.
Məlumata görə, o ötən gün Los-Angelesdə qəzaya düşüb. Coli və Pittin oğlu elektrikli velosipedini avtomobilə çırpıb.
Bildirilir ki, oğlan velosipedi dəbilqəsiz istifadə edirmiş. Hadisə yerinə polis əməkdaşları və həkimlər gəlib.
Şahidlərin dediyinə görə, Paks omba nahiyəsindəki ağrılardan şikayətlənib. O, həmçinin kəllə-beyin travması alıb və xəstəxanaya aparılıb.
Qeyd edək ki, Paksın vəziyyətinin stabil olduğu bildirilir.
Mehriban Mirzəzadə
Demokrat.az