Ehtiyatsızlıqdan tanışını traktorla vuraraq öldürdü

HADİSƏ 29 iyul 2024, 09:32
Cəlilabad sakini ehtiyatsızlıqdan tanışını traktorla vuraraq öldürüb.

Demokrat.az xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.

Məlumata görə, sürücülük hüququ olmayan Məhəmməd Həsənov atasına məxsus traktoru irəli hərəkət etdirən zaman texnikaya qoşulmuş otbağlayan qurğunun metal hissəsi tanışı Cavid Vahabova dəyib. C.Vahabov aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top