Bu gün Venesuelada növbəti prezident seçkiləri keçiriləcək.
Demokrat.az TASS-a istinadən xəbər verir ki, dövlət başçısı postu uğrunda 10 siyasətçi mübarizə aparır.
Venesuelanın hakim Vahid Sosialist Partiyası hazırkı prezident Nikolas Maduronu namizədliyini irəli sürüb. O, iqtidar partyası da daxil olmaqla bir sıra siyasi təşkilatlar və hərəkatları əhatə edən "Simon Bolivar adına böyük demokratik qütb" tərəfindən dəstəklənib. Milli Seçki Şurası Maduronu bu birliyin namizədi kimi qeydiyyata alıb. Seçkilərdə iştirak edən siyasətçilərin əksəriyyəti liberal müxalifətdəndir.
Maduronun əsas rəqibi "Unitar platforma" koalisiyasına daxil olan ifrat sağçı partiyaların namizədi Edmundo Qonzalesdir. Onu müxalifət qüvvələrinin praymerizlərində qalib gələn, əvvəllər siyasi hüquqlarından məhrum olmuş və seçkilərdə iştirak edə bilməyən Mariya Korina Maçdo da dəstəkləyib.
Son rəy sorğularının əksəriyyətinə görə, vətəndaşlar Maduroya üstünlük verirlər.