ABŞ-də etirazçılar Netanyahunun qaldığı oteldə oturduğu masaya həşərat tökdülər

DÜNYA 25 iyul 2024, 17:30
ABŞ Konqresində çıxış etmək üçün Vaşinqtona gedən İsrail baş naziri Netanyahu və İsrail heyəti gecə qaldıqları Watergate otelində gözlənilməz mənzərə ilə qarşılaşıb. 

Demokrat.az xəbər verir ki, ciddi təhlükəsizlik tədbirlərinin görüldüyü otelə sıza bilən etirazçılar otelin bir çox mərtəbələrinə həşərat, soxulcan və böcək səpələyiblər.

Fəallar, xüsusilə, Netanyahu və İsrail heyətinin istifadə etdiyi yeməkxanalara, dəhlizlərə və lobbilərə hamamböceği, qurd və soxulca tökərək İsrail heyətinə etiraz ediblər. 

Bəzi fəallar Netanyahu və onun nümayəndə heyətini narahat etmək üçün otelin birdən çox mərtəbəsində yanğın siqnallarını işə salıblar.

Aksiyaya görə məsuliyyəti üzərinə götürən Fələstin Gənclik Hərəkatı sosial media hesabından bu açıqlama ilə çıxış edib:

"Nuş olsun! Qurdlar günahkar sionistin günah masasında buraxıldı. Fələstinli etirazçılar ötən gecə Watergate otelində xaos yaradıblar. Beləliklə, Netanyahu, İsrailin Mossad agentləri və Məxfi Xidmət xalqımızı qorxutmağa davam edərkən rahatlıq tapa bilməzlər”. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top