
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçında "Qarabağ" səfərdə "Linkoln"la (Cəbəllütariq) qarşılaşıb.
Qarşılaşma Ağdam təmsilçisinin 0:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə hesab fasilə ərəfəsində açılıb. 45+2-ci dəqiqədə Juninyo fərqlənib. "Köhlən atlar"ın ikinci qolunu isə 75-ci dəqiqədə Toral Bayramov vurub.
Qeyd edək ki, "Qarabağ" və "Linkoln" arasında cavab oyunu bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.
xxx
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Linkoln" (Cəbəllüttariq) - "Qarabağ" qarşılaşmasında növbəti qol vurulub.
Ağdam təmsilçisinin üstünlüyü davam edir.
Toral Bayramovun 75-ci dəqiqədə vurduğu qolla "Qarabağ" hesabı 0:2 edir.
xxx
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Linkoln" (Cəbəllütariq) - "Qarabağ" matçı start götürüb.
Demokrat.az xəbər verir ki, böyük maraqla gözlənilən görüşü İştvan Vadın rəhbərlik etdiyi macarıstanlı hakimlər briqadası idarə edir.