Bakıda 28 yaşlı oğlan baldızını döydü — TƏFƏRRÜAT

KRİMİNAL 23 iyul 2024, 20:34
Bakının Xəzər rayonunda 1996-cı il təvəllüdlü Dilqəm şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı baldızı Heyranəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin martın 29-da Xəzər rayonu, Binə qəsəbəsində baş verib. Dilqəm yaşadığı evdə baldızı Heyranə ilə aralarında yaranmış ailə-məişət mübahisəsi zamanı sonuncuya yumruqla sifət nahiyəsinə qəsdən vuraraq ona xəsarətlər yetirib. 

Hadisəni törədən Dilqəmin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Dilqəm ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, martın 29-da, saat 13 radələrində evində olan zaman baldızı Heyranə onun yaşadığı evə gəlib: “Həmin gün, saat 14:20-də yaşadığım evdə olan zaman arvadım mağazaya getdi. Arvadım mağazada olan zaman Heyranə ailəmə yaxşı baxmadığım üçün mənimlə mübahisə etdi. Mübahisə zamanı yumruqla onun sifət nahiyəsinə qəsdən vuraraq ona xəsarət yetirdim”.

Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Dilqəmin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top