İndi Ermənistanda sevinirlər. Avropa İttifaqı ilə viza liberallaşması üzrə dialoq başlayıb və bütün ermənilər düşünürlər ki, tezliklə Avropa paytaxtlarına vizasız səfər edə biləcəklər. Daha doğrusu, Ermənistan rəhbərliyi bunu erməni ictimai rəyinə belə təqdim edir və "böyük uğur" adlandırırlar. Lakin ermənilər bunun Ermənistan üçün böyük fəlakətə səbəb olacağından xəbərsizdir, Paşinyan hakimiyyəti də reallığı gizlədir.
Hər şeydən öncə viza liberallaşması ermənilərin tezliklə Avropa paytaxtlarına maneəsiz gedə bilməsi demək deyil. Çünki bu dialoq adətən illərlə davam edir. Misal üçün, Gürcüstanla eyni məsələ 5 il, Moldova ilə 3 il müzakirə olundu. Ermənistanda hesab edirlər ki, dialoq 8-10 il çəkə bilər.
Ermənistan xarici işlər nazirinin Avropa İttifaqı ilə viza rejiminin liberallaşması üzrə keçmiş müavini Avet Adonts hesab edir ki, dialoqa başlamaq sadəcə Avropa İttifaqının rəsmi İrəvana dəstək jestidir.
“Viza rejiminin liberallaşması üzrə danışıqlar uzun və çətindir. Bu, illərlə davam edir. Ermənistandan pasport və miqrasiya sahəsində qanunvericiliyin sərtləşdirilməsi tələb ediləcək. Əsas tələblərdən biri də Avropa İttifaqı ölkələrində vizasız cəmi 3 ay qalmaqla bağlıdır. Bu müddətdən sonra vətəndaş geri qayıtmasa, onun qaytarılmasını Ermənistan hökuməti öz resursları hesabına etməlidir”, - o bildirib.
A.Adonts qeyd edib ki, viza rejiminin liberallaşması baş tutarsa, Ermənistan sürətlə boşalacaq: “Gürcüstan və Moldovada da bu proses yaşandı. Bu ölkələrdən Avropaya kütləvi miqrasiya baş verdi”.
Aİ-nin Ermənistanla viza rejimini liberallaşdırmaq istəyi siyasi məqsədlərlə yanaşı, ucuz işçi qüvvəsinin cəlb edilməsinə də hesablanıb. Avropanın əsas məqsədi ucuz işçi qüvvəsi kimi qeyri-müsəlmanları gətirməkdir. Bununla həm də müsəlman miqrantları qitədən qovmaq istəyirlər. Təbii ki, bu, Ermənistan üçün heç də müsbət perspektiv vəd etmir. Çünki ciddi demoqrafik böhran yaşayan Ermənistan fəlakətlə üzləşəcək. Gürcüstan bunun real nümunəsidir. Avropa İttifaqı ilə viza rejiminin ləğv edilməsindən sonra yüz minlərlə gürcü bir daha geri qayıtmamaq şərti ilə ölkəni tərk etdi.
Gürcü ekspert Şota Apxaidze bildirir ki, Gürcüstanda demoqrafik böhran yaşayır və bu böhranda Aİ ilə viza rejiminin ləğv edilməsinin böyük rolu olub:
“Yüz minlərlə insan ölkəni tərk etdi. SSRİ dağılanda Gürcüstanda əhalinin sayı 5 milyon yarım idisə, bu gün faktiki rəqəm 3 milyon yarımdır”.
Ermənistanda bu böhran daha dəhşətli olacaq. Çünki bu ölkənin əhalisi onsuz da sürətlə miqrasiya edir. Ermənilər əsasən Rusiyaya üz tutur, eyni zamanda, Qərb ölkələrinə getmək üçün bütün imkanlardan istifadə edirlər. Son dövrlər ermənilərin Yunanıstan səfirliyinin sadələşdirilmiş vizasından istifadə edərək, Avropa paytaxtlarına və ABŞ-a getdiyi haqda məlumatlar var. Bunun üçün hər bir erməni 30 min dollara yaxın pul xərcləyir. Aİ ilə viza rejimi ləğv edilərsə, köç kütləvi xarakter alacaq və Ermənistan daha dəhşətli demoqrafik böhranla üzləşəcək.
Vaqif Hüseynli
Demokrat.az