Sabirabadda bir yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb

HADİSƏ 19 iyul 2024, 22:38
Sabirabadda bir yaşlı uşaq pilləkəndən yıxılaraq həyatını itirib.

Hadisə Qalağayın kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2023-cü il təvəllüdlü Bağırov Mehdi Maşallah oğlu evdə valideynlərinin nəzarətindən yayınaraq pilləkəndən yıxılıb.

İlkin məlumata görə, ağır kəllə-beyin travması alan uşaq Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.(Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top