“Elektriklə çalışan aparatları uzun müddət cərəyanda taxılı vəziyyətdə saxlamaq təhlükəsizlik baxımından doğru deyil. Bu, yanğına və partlayışa səbəb ola bilər”.
Bunu Demokrat.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib.
O, yay fəslində ağcaqanadlara qarşı istifadə olunan aparatların təhlükəsindən danışıb:

“Bu cür vasitələri alarkən yalnız güvənli olanlarını almaq lazımdır. Mənşəyi məlum olmayan, kustar üsulla düzəldilən məhsulları almaq məsləhət deyil. Məhsulun sertifikasiyasının olması arzuolunandır. İstifadə edərkən bu aparatları nəzarətsiz qoymaq olmaz. Bəzən cərəyanda saxlayıb evi tərk edirlər. Ümumiyyətlə bütün məişət qurğularını cərəyandan ayırmaq lazımdır evi tərk edərkən. Bundan başqa evdə elektrik qoruyucu olmalıdır ki, qısaqapanma olarsa, yanğın baş verməsinin qarşısı alınsın”.
Törə Zeynallı
Demokrat.az