Fəzail Ağamalının namizəd olan qızı: “Salyan camaatının mənə olan etimadını…”

GÜNDƏM 18 iyul 2024, 14:50
Xəbər verdiyimiz kimi, "Ana Vətən" partiyasının sədri Fəzail Ağamalının qızı Günay Ağamalı bu il sentyabrın 1-də Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürüb.

Günay Ağamalının  65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən namizəd olduğu bildirilib. 

Xatırladaq ki, atası, deputat Fəzail Ağamalı da uzun illər Salyanın deputatı olub. 

Günay Ağamalı Demokrat.az-a açıqlamasında Salyan camaatının ona olan etimadından danışıb. 

Gənc namizəd açıqlamasında “Salyan camaatının mənə olan etimadını yüksək qiymətləndirirəm. Bu etimada layiq olmağa çalışacam” deyib. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 sentyabr 2024, 22:21
Top