“Bu, Fransaya mesajdır” — COP29-da müstəmləkələr də iştirak edə bilər

COP29 18 iyul 2024, 12:28
“Bu il Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) müstəmləkə ərazilərindən olan nümayəndə heyətləri də iştirak edə bilər. Bu ölkələrin COP29-da iştirakı reallaşarsa, onlar artıq müstəqil dövlət hesab olunacaq”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib. O, Azərbaycanın bu təşəbbüsünün yüksək qiymətləndirilməli olduğunu vurğulayıb: 



“Bu məsələyə siyasi tərəfdən baxmaq lazımdır. Bu addım Fransaya diplomatik mesajdır. Yəni, Fransanın razılığı olsa da, olmasa da onun müstəmləkəsi olan ölkələr beynəlxalq səviyyəli tədbirə dəvət olunurlar və burada iştirak edirlər. Bakı Təşəbbüs Qrupunun gündəmə gətirdiyi bu məsələ olduqca əhəmiyyətlidir. Düşünürəm ki, Azərbaycan müstəmləkə ölkələrinin COP29-da iştirakına nail ola biləcək. Bununla dünya Azərbaycanın sülhü tərənnüm edən və dəstəkləyən ölkə olduğunu görmüş olacaq”.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov jurnalistlərə açıqlamasında deyib ki, sözügedən məsələ ilə bağlı danışıqlar aparılır. O bildirib ki, Fransa müstəmləkə ərazilərinə ciddi ekoloji ziyan vurub: “Fransanın müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adaları qrupunun müstəqilliyi uğrunda siyasi partiya və hərəkatlarla Azərbaycanın əməkdaşlığı ekologiya və təhsil sahələrində də davam edəcək”, - deyə A.Abbasov vurğulayıb. 

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top