Samux rayonunda 1973-cü il təvəllüdlü Habil Qasımov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı, 37 yaşlı Elşən Sadıqov ürək nahiyəsindən bıçaqlayaraq öldürüb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 18 aprel 2022-ci ildə Samux rayonunun İstixana kəndi ərazisində baş verib.
Habil avtomobil yolunda həmkəndlisi Elşən ilə aralarında yaranmış şəxsi-qərəzli mübahisə zəminində dalaşıb.
Qarşılıqlı dalaşma zamanı Elşən Habili yumruq və təpiklə sifət, bədənin müxtəlif nahiyyələrindən vuraraq ona dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət yetirib.
Eləcə də Elşən sərxoş vəziyyətdə Habili söyüb. Bunlarla bağlı Elşəndən qisas almaq niyyəti ilə bıçaqla onun döş qəfəsinə zərbə vurub. Elşən aldığı xəsarətlərdən ölüb.
Hadisəni törədən Habilin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Habil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
O bildirib ki, bir çox ağır xəstəlikdən əziyyət çəkir, sol əli və ayağı xəstəliyinə görə yaxşı işləmir:
“Hadisə zamanı zamanı Elşən Sadıxovu qəsdən öldürməmişəm. Aprelin 18-də Samux rayonu, İstixana qəsəbəsində qardaşımın evindən çıxdım və öz evimə getmək üçün həmkəndlim Şamxalla qəsəbədə yerləşən istixananın giriş qapısına tərəf düşən, asfalt küçə ilə getdim. Yolda həmkəndlilərim Elşən və Məhəmmədlə rastlaşdım. Elşən sərxoş vəziyyətdə olub. Həmin vaxtı Elşən Şamxalın velosipedini alıb 5-10 metr sürərkən yıxıldı. Bbundan sonra da qışqıra-qışqıra biədəb ifadələr işlətməyə, söyməyə və mənə sataşmağa başladı. Bu səbəbdən Elşənə iradımı bildirdim. Elşən isə mənimlə söyüşlə danışmağa başladı. Üstümə tərəf gəldi, yumruqla baş nahiyəmdən vurdu. Zərbənin təsirindən yerə yıxıldım. Bədənimin sol tərəfi demək olar ki, hərəkətsiz olduğu üçün də yerdən dura bilmədim. Elşən yenə də dayanmadı. Təpiklə sifət nahiyəmdən, eləcə də ard-arda bədənimin müxtəlif nahiyələrindən xüsusilə də sol böyür istiqamətindən vurmağa başladı. Həmin vaxt qalxmaq istəsəm də, davam edən zərbələrdən yenə yıxıldım”.
Təqsirləndirilən şəxs qeyd edib ki, həmin müddətdə yadına cibində günortadan təsərrüfatda istifadə etmək üçün götürdüyü bıçağın olduğu düşüb:
“Yadıma düşsəydi bəlkə də elə yerdə olarkən Elşən zərbələr vuranda onu qorxutmaq üçün bıçağı götürüb ayağına vurardım ki məndən əl çəksin. Elşən mənə yerdə olarkən təxminən 5-10 dəfə təpiklə vurdu. Bu zaman Şamxal Elşənin kürək nahiyəsindən paltarından tutaraq geri dartdı. Mən də özümdə güc tapıb ayağa durdum. Çətin addımlarla evimə tərəf təxminən 10 metr getdim. Elşən yenə də arxam ilə ağır söyərək gəlməyə başladı. Mənə “dayan” dedi. Bu söyüşləri özümə ağır təhqir bilərək dayandım və geriyə çevriləndə Elşənin arxamca gəldiyini gördüm.
Elşən mənə tərəf gələrkən “dayan başını kəsəcəm” deyərkən yadıma cibimdəki bıçaq düşdü. Mən cibimdə olan bıçağı çıxardım. Elşənə tərəf istiqamətləndirib, sağa-sola hərəkət etdirməklə “Eliş, gəlmə, yoxsa vuracam” dedim. Bunu etməkdə məqsədim ancaq Elşəni qorxutmaq və özümdən uzaqlaşmasına nail olmaq olub. Elşən əhəmiyyət vermədi və iti yerişlərlə üstümə tərəf gəldim. Elşən sağ ayağı ilə təpiklə yenə də qarın nahiyəmin üst tərəfindən vurdu və dal-dala getdim. 2-3 addım atdıqdan sonra yanı üstə yerə tam oturmasam da, aşağı tərəf çökdüm”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, Elşən “Təcili yardıma zəng edin, bıçağı mənə soxdu” deyərək qışqırıb:
“Mən də sağ əlimdə bıçaqla arxası üstə yerə yıxıldım. Həmin vaxt heç özüm də bilmədim ki, əlimdə olan bıçaq necə oldu Elşənin bədəninə dəydi. Elşən “təcili yardıma zəng edin” deyəndən sonra istixananın giriş qapısı istiqamətində qaçdım. Yolun kənarında olan tək çinar ağacının yanına getdim. Qaranlıq olduğundan sonra onu görmədim. Mən də özümdə güc tapdım. Ayağa qalxdım, hadisə yerindən evinə getdim. Oraya polislər gələndə hadisəni danışdım, hadisə vaxtı əlimdə olan bıçağı oğlum vasitəsilə polisə təqdim etdim. Mən Elşəni öldürmək istəməmişəm”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Habil 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Fariz Məlikli
Demokrat.az