“Donald Trampın prezidentlik yolunu yüngülləşdirən və daha şəffaf edən rəqiblərinin, yəni Demokratlar Partiyasının səhvləridir. Deyərdim ki, onlar hətta rüsvayçılıq səviyyəsində öz təbliğatlarını aparırlar. Hazırkı prezident Bayden artıq öz əqli müvazinətini itirir, fiziki keyfiyyətləri zəifləyib, oğlunun biabırçı cinayət tərkibli əməllərinə bəraət qazandırmağa çalışır,eləcə də digər qanunsuz əməllərin üstünü ört-basdır edir. Bu vəziyyət “Demokrat”ların zərərinə, Trampın xeyrinə işləyir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. O qeyd edib ki, Trampa qarşı uğursuz sui-qəsd onun şansını daha da artırır:
“Bunu Demokrat”lar özləri də anlayır və başa düşürlər ki, Trampın qarşısını almaq mümkün olmayacaq. Trampa qarşı sui-qəsd təkrarlana bilər. Lakin düşünürəm ki, bu, qeyri-humanist hərəkətdir. Əgər siyasi rəqabət düzgün aparılırsa, bu, bütün namizədlərə başucalığı gətirir. Sağlam rəqabətdə tərəflər heç vaxt dialoqdan qaçmırlar. Baydenə insanların yazığı gəlir, Trampla müqayisədə onun şansı çox deyil. Baydenin indi evdə oturan vaxtıdır, o, indiki durumda ABŞ kimi qüdrətli ölkəni idarə edə bilməz. Hesab edirəm ki, Trampın prezidentlik məsələsi artıq öz həllini tapır. Trampı sevməyənlər “Respublikaçılar” arasında da var. Çünki, o, hər zaman kompromislərdən qaçan insandır, özünün məqsədlərini hər zaman həyata keçirməyə çalışır, qətiyyətlidir. Tramp siyasət aləminə özünün dəyərlərini gətirdi və bu da ona qarşı müəyyən dairələrdə qorxu yaratdı”.
Törə Zeynallı
Demokrat.az