İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi son iki ildə ölkədə icbari tibbi sığorta ilə aparılan doğuşların sayını açıqlayıb. Bildirilib ki, 2022-2024-cü illər ərzində (ilk 6 ay) Azərbaycanda 182 mindən artıq doğuş icbari tibbi sığorta ilə aparılıb. Qeyd olunub ki, doğuş və klassik qeysəriyyə kəsiyi əməliyyatı, stasionar xidmət zamanı dərman, tibbi sərf və qidalanma, laborator və instrumental müayinə, diaqnostika və müalicə tədbirləri sığorta hesabına göstərilir. Klassik qeysəriyyə kəsiyi əməliyyatı tibbi göstəriş əsasında həyata keçirilir. Habelə, vaxtından əvvəl doğulmuş körpələrin küvəzdə saxlanılması da icbari tibbi sığorta ilə qarşılanır.
Ginekoloq Təranə Həsənova Demokrat.az-a açıqlamasında icbari tibbi sığorta ilə işləyən xəstəxanaların doğum şöbələrində xidmətin keyfiyyətinin normal olduğunu deyib:
“Düşünürəm ki, həkimlər və tibb işçiləri öhdəliklərini lazımi qaydada yerinə yetirirlər. Həm doğuş, həm də keysəriyyə əməliyyatı qaydalara uyğun aparılır. Lakin uzun növbələr yaranır, bunun da səbəbi hamilələrin müayinə olunmaq üçün xəstəxanalara gəlməsidir. Hamilə qadınlar ultrasəs müayinəsindən qadın məsləhətxanalarında keçməlidirlər, eləcə də analizlər orada verilməlidir. Xəstəxanaların doğum şöbəsinə isə yalnız hamiləyə mübadilə vərəqi veriləndən sonra getmək lazımdır. Əslində proses belə olmalıdır, qadın məsləhətxanalarının işi bundan ibarətdir. Xəstəxanalarda da ultrasəs müayinələri aparılır, burada növbənin çox olmasının səbəbi də odur ki, qadınlar təyinat üzrə doğru yerlərə müraciət etmirlər. Hamilə qadınlar müayinə üçün ya qadın məsləhətxanalarına, ya da sahə poliklinikalarına müraciət etməlidirlər.
Düşünürəm ki, TƏBİB tabeliyində olan xəstəxanaların doğum şöbəsində xidmət səviyyəsinin yüksəldilməsi üçün hamilə qadınlar düzgün məlumatlandırılmalıdır. Mövcud sistem TƏBİB tərəfindən təkmilləşdirilə bilər. Növbə sistemi onlayn şəkildə işlənib hazırlana bilər. Və ya hamiləliyin gedişinə nəzarət edən həkimlər tərəfindən pasientlər növbəli şəkildə müayinəyə çağırıla bilər. Hamilələrlə profilaktik işin aparılması gücləndirilməlidir. Belə olarsa, xəstəxanalardakı növbələr də azalar”.
Törə Zeynallı
Demokrat.az