Ağırlıqqaldırma Federasiyasında idmançı qıtlığı yaşanır? — Firdovsi Umudovdan AÇIQLAMA

İDMAN 15 iyul 2024, 18:28
İddialara görə, Azərbaycan Ağırlıqqaldırma Federasiyası yaxın zamanda əncəbi  idmançı "milliləşdirmək" fikrinə düşüb. Buna səbəb isə federasiyanın əsas milli komandasında idmançı qıtlığının olmasıdır. Hətta bu fikrin qurumun daxili iclaslarının birində vitse-prezident Firdovsi Umudov tərəfindən rəhbərliyə məruzə edildiyi və Azərbaycan Ağırlıq Qaldırma Federasiyasının rəhbəri Kamran Nəbizadənin bununla bağlı fikirləşəcəyi bildirilib.

Məsələ ilə bağlı Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov bildirib ki, yığma komandada idmançı qıtlığı yoxdur. 

Firdovsi Umudov qeyd edib ki, bizim elə bir ploblemimiz və planımız yoxdur:

“İclasda elə bir söz deyilməyib. Elə bir şey yoxdur. Onu kim deyib, kim uydurub? İclası aparan bizik, belə bir şey olmayıb. Bizim elə bir planımız yoxdur. Yığmada idmançı qıtlığı yaşanmır. Rəsmi olaraq bizim komandamızın heyəti də açıqlanır. Hər yerdə məlumat var. Elə bir ploblemimiz yoxdur. Hesablasaq, qız, qadın, böyüklər, yeniyetmələr, gəncləri ümumi baxsaq, 50-dən çox idmançımız var. Ola bilər bu rəqəm futbol, güləş, cüdo üçün az sayıla bilər. Amma ağırlıqqaldırma üçün bu, möhtəşəm rəqəmdir. Qəbul edək ki, ağırlıqqaldırma o qədərdə populyar idman növü deyil”. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top