Azərbaycan və Mərakeş arasında viza tələbi ləğv edildi

XARİCİ SİYASƏT 15 iyul 2024, 13:29
Azərbaycan və Mərakeş arasında ümumvətəndaş pasportlarının sahibləri viza tələbindən azad edilib.

Demokrat.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ümumvətəndaş pasportlarının sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”i təsdiqləyib.

Xatırladaq ki, saziş bu il mayın 4-də Bancul şəhərində imzalanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top