Türkiyədə dəhşət: Canlı yayımda başına atəş açaraq özünü öldürdü

DÜNYA 13 iyul 2024, 08:17
Ankaranın Çankaya rayonunun Birlik məhəlləsində 45 yaşlı Kərim Yücel evində sosial media hesabından canlı yayım edərək əlindəki silahı gicgahına dirəyib.

Demokrat.az Milliyet-ə istinadən xəbər verir ki, tətiyi səhvən çəkən və içkili olduğu düşünülən Yücel tapançadan açılan atəş zamanı başından güllə yarası alıb.

Xəstəxanaya çatdırılan və reanimasiya şöbəsində müşahidə altına alınan kişini xilas etmək mümkün olmayıb.

Kuryer işlədiyi bildirilən Yücelin cənazəsi sabah Karşıyaka qəbiristanlığında torpağa tapşırılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top