Netanyahu: İsrail həm müdafiə olunmağa, həm də hücum etməyə hazırdır

DÜNYA 07 avqust 2024, 20:03
İsrail ordusu həm müdafiə olunmağa, həm də hücum etməyə hazırdır.

Demokrat.az TASS-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Təl-Əviv şəhəri ətrafındakı Təl ha-Şomer hərbi bazasına səfəri zamanı orduya yeni çağırılanlara müraciətində deyib.

O bildirib ki, İsrail düşmənlərinə zərbələr endirir və özünü müdafiə etməkdə qərarlıdır.

Xatırladaq ki, daha əvvəl “Al Arabiya” telekanalı İranın və Livanın “Hizbullah” hərəkatının HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyənin Tehranda öldürülməsinə qarşılıq verəcəyini gözlədiyini bildirmişdi. İran İsrailə hücum zamanı Qüds və Təl-Əvivdəki hökumət binalarını, o cümlədən Baş nazir Benyamin Netanyahunun ofisini və parlamenti vurmağı planlaşdırır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 sentyabr 2024, 23:00
Top