Makronu stadionda bu dəfə də fitə basdılar

DÜNYA 09 sentyabr 2024, 14:49
Parisdə Paralimpiya Oyunlarının bağlanış mərasiminə gələn tamaşaçılar öz narazılıqlarını Fransa prezidenti Emmanuel Makronu fitə basmaqla bildiriblər.

Demokrat.az xəbər verir ki, bu barədə CNEWS telekanalı məlumat yayıb.

Stadionda Paralimpiya Komitəsinin rəhbəri Endryu Parsonsun yanında tribunada dayanan Makronun görüntüləri böyük ekranlarda yayımlananda tamaşaçılar onu fitə basıblar. 

Qeyd edək ki, mərasimdə çıxış edən nə Fransa komandası, nə könüllülər komandası, nə də Fransanın Olimpiya Oyunlarının təşkilat komitəsinin rəhbəri belə səs-küylə qarşılanmayıb.

Telekanal prezidentə qarşı belə ictimai reaksiyanı ölkənin daxilində hökm sürən çətin vəziyyətlə əlaqələndirib.

Belə ki, hökumətin istefasından təxminən iki ay sonra yeni Baş nazir Mişel Barnier təyin edilib. 

Yeri gəlmişkən, o da dövlət başçısının arxasında tribunada yer alıb.

Barnierin təyinatı bütün ölkədə solçu partiyaların tərəfdarlarının kütləvi etirazına səbəb olub. Onların fikrincə, bu vəzifəyə sol qüvvələrin nümayəndəsi təyin olunmalı idi.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 sentyabr 2024, 09:25
17 sentyabr 2024, 08:41
Top