Türkiyədə meşə yanğını şiddətləndi: bir kənd boşaldıldı

DÜNYA 08 avqust 2024, 08:56
Türkiyənin Muğla vilayətinin Milas rayonu ərazisində meşə yanğını baş verib.

Demokrat.az axar.az-a istinadən xəbər verir ki, hadisə ilə bağlı Muğla valisi İdris Akbıylk məlumat verib.

Məlumata əsasən, yanğın günorta saatlarında zeytunluqda başlayıb. Axşam saatlarına doğru nəzarətə alınan yanğın yenidən alovlanaraq yaşayış yerlərinə yaxın meşəlik əraziyə yayılıb. Qabaqlayıcı tədbirlər çərçivəsində 350 nəfərdən ibarət 60 ailənin yaşadığı Çakıralan kəndi tamamilə boşaldılıb.

Alovun söndürülməsi üçün bölgəyə 20-ə yaxın təyyarə və helikopter, 70-dən çox yanğınsöndürmə texnikası cəlb edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 sentyabr 2024, 23:00
Top