Qaşım Maqomedov gümüş medal qazanmasının səbəbini açıqladı — VİDEO

İDMAN 08 avqust 2024, 10:23
"Ən yaxşı fiziki durumumda idim və ölkəmə qızıl medalı qazandırmaq istəsəm də, təəssüf ki, bu alınmadı".

Demokrat.az xəbər verir ki, bu fikirləri Paris Yay Olimpiya Oyunlarından gümüş medal qazanan taekvondoçumuz Qaşım Maqomedov “İctimai TV”yə açıqlamasında bildirib.

İdmançımız final görüşündəki məğlubiyyətinin əsas səbəbini zədəli olması ilə əlaqələndirib.

“Lakin bu karyeramda qazandığım ən yüksək nəticədir”.

Qaşım Maqomedov ona göstərilən dəstəyə görə Azərbaycan xalqına təşəkkürünü bildirib.

Qeyd edək ki, Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarının final mərhələsində cənubi koreyalı rəqibi Park Taejoona uduzaraq gümüş medalın sahibi olub.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 sentyabr 2024, 23:00
Top