Netanyahu israillilərdən bunu xahiş etdi

DÜNYA 07 avqust 2024, 21:40
Netanyahu İsrail Ordusunun zirehli bölmələrinə aid bazaya baş çəkib və hərbiçilərlə görüşüb.

Demokrat.az xəbər verir ki, Netanyahu səfər zamanı verdiyi açıqlamada İsrailin həm müdafiəyə, həm də hücuma hazır olduğunu bildirib.

Qələbəyə doğru irəlilədiklərini iddia edən Netanyahu "İsrail vətəndaşlarının ayıq-sayıq olduğunu bilirəm və sizdən yalnız bir istəyim var. Səbrinizi və soyuqqanlılığınızı qoruyun", - deyib.

Xatırladaq ki, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə iyulun 31-də İranın paytaxtı Tehranda qətlə yetirilib.

İran və HƏMAS hücumun arxasında İsrailin olduğunu, Tehran isə Tel-Əviv rəhbərliyinə cavab verəcəyini bəyan edib.


Mehriban Mirzəzadə
Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 sentyabr 2024, 23:00
Top