Taxıl dəhlizi ilə bağlı Rusiyadan AÇIQLAMA

GÜNDƏM 12 iyul 2024, 22:40
Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın artıq qüvvədə olmayan Qara dəniz taxıl sazişinin yenidən həyata keçirilməsi ilə bağlı heç bir ehtimalı istisna etmədiyini bildirib.

Demokrat.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammiti çərçivəsində dünən Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündən sonra digər məsələlərlə yanaşı, Qara dənizdə gəmiçilik təhlükəsizliyini, o cümlədən taxıl sazişini müzakirə etdiklərini açıqlayıb.

Ərdoğanın açıqlamasından sonra razılaşmanın yenidən həyata keçirilməsinin mümkünlüyü ilə bağlı suala Peskov "Kreml heç bir razılaşmanı göz ardı etmir. Vladimir Putin dəfələrlə dialoqa açıq olduqlarını bildirib" cavabını verib. 

Peskov taxıl mövzusunda əldə olunacaq istənilən razılaşmanın “mövcud vəziyyətin ümumi çərçivəsində” bir çox məsələləri əhatə edən paketin bir hissəsi olduğunu söyləyib. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top