Azərbaycanla Pakistan müxtəlif sahələrdə əməkdaşlıq edir — Politoloq

SİYASƏT 12 iyul 2024, 15:20
"Azərbaycanla Pakistan müxtəlif sahələrdə əməkdaşlıq edir və iki ölkənin münasibəti strateji müttəfiqlik münasibətindən də irəliyə gedir."

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

Politoloq bildirib ki, Azərbaycan Prezidentinin Pakistana səfərində iki ölkə arasındakı dərin qardaşlıq əlaqələrinin nə qədər yüksək səviyyədə olduğunu növbəti dəfə görmüş olduq:

“Azərbaycanla Pakistan bir çox məsələlərdə, beynəlxalq münasibətlər səviyyəsində hər zaman bir-birinə dəstək olub. Bunun ən bariz nümunəsi Azərbaycanın öz ərazi bütövlüyünü bərpası zamanı Pakistanın dəstəkləməsi idi”.


T. İsmayılov qeyd edib ki, prezident Pakistana səfəri zamanı Kəşmir məsələsində növbəti dəfə dəstəklədiyini vurğulayıb: “Eyni zamanda, bu əməkdaşlıq hərbi sahədə də özünü göstərir. Ən əsası da Azərbaycanla Pakistanın ordularının birgə təlimləri, Pakistanın Azərbaycana qırıcı təyyarələrin növbəti tədarükü ilə bağlı imzalanmış müqavilə əməkdaşlığın daha da dərinləşəcəyini göstərir.

Həmçinin iki ölkə arasında 2 milyard dollarlıq müqavilə imzalanıb. Bu da iki ölkə arasında iqtisadi, ticarət əlaqələrinin daha da artacağını göstərir.”

Şahanə Xankişiyeva
Demokrat.az  


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top