İranın yeni Prezidentinin İsraillə bağlı siyasəti necə olacaq? — AÇIQLAMA

XARİCİ SİYASƏT 11 iyul 2024, 14:02
İranda islahatçı namizəd Məsud Pezeşkianın Prezident seçilməsindən sonra yürüdəcəyi xarici siyasət hər kəsin marağına səbəb olub. İranın yeni Prezidentinin Yaxın Şərq, Avropa və Amerika ilə münasibətləri normallaşdıracağı düşünülür. İranın xarici siyasət strategiyasında Ərəb ölkələri ilə əməkdaşlıq və İsrail ilə HƏMAS arasında danışıqlarda mövqeyini ortaya qoyması da iddia edilir.   

Bəs, yeni seçilən İran Prezidentinin xarici siyasəti necə olacaq? 

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında politoloq Azər Qasımlı bildirib ki, İranın İsraillə bağlı danışıqlarda iştirak etməsi gözlənilmir.

Azər Qasımlının sözlərinə görə, yeganə dəyişiklik o ola bilər ki, Avropa Birliyi ölkələri ilə bəlkə yenidən diplomatik münasibətləri bərpa edələr: 

“Bununla bağlı söz demək çətindir. Siyasətlərinin necə olacağını zaman göstərəcək. Amma ehtimal edirəm ki, heç bir şey dəyişməyəcək. Çünki xarici siyasəti yürüdən üzdə prezident olsa da, amma onun strategiyası dini lider tərəfindən müəyyən edilir. 

Düşünmürəm ki, bu, strategiyada hansısa bir dəyişiklik olsun. Yeganə dəyişiklik o ola bilər ki, Avropa Birliyi ölkələri ilə bəlkə yenidən diplomatik münasibətlərin bərpasına, danışıqların başlamasına bir start verdilər. Açığı belə bir gözləntim var. Kordinal şəkildə ərəb dünyası və digərləri ilə münasibətlərdə ciddi dəyişikliyi gözləmirəm. İnanmıram ki, ABŞ ilə də nəsə ciddi şəkildə dəyişiklik olsun. Ola bilsin ki, müvəqqəti olaraq bu terroristik aktlara və s bir qədər ara verdilər. 

İsrail ilə HƏMAS arasında danışıqlarda İran heç bir rol oynaya bilməz. Çünki İsrail onu qəbul etməz. İsrail üçün İran kimdir ki gəlib danışıqlarda iştirak etsin. İsrail HƏMAS ilə özü danışar. Amma inanmıram ki, İsrail nə zamansa onlarla oturub danışsın və onları legitimləşdirsin. İsrail danışsa Fətəstin Azadlıq Təşkilatı ilə danışacaq”. 


Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top