"AzerGold" regionda məşğulluğun artırılmasına töhfə verir

İQTİSADİYYAT 11 iyul 2024, 12:37
“AzerGold” QSC 8 ildir ki, fəaliyyət göstərdiyi bölgələrdə daimi iş yerləri yaradaraq, regionda məşğulluğun artırılmasına töhfə verir, işçiləri tam təhlükəsiz, layiqli əmək şəraiti ilə təmin edir.

QSC-dən Demokrat.az-a bildirilib ki, hazırda “AzerGold” və onun törəmə şirkətləri - Daşkəsən Dəmir Filiz/Dashkasan Iron Ore MMC və Azerblast MMC-də çalışan əməkdaşların sayı, ümumilikdə, 989 nəfər (“AzerGold” QSC-də 696 nəfər, törəmə şirkətlərdə 293 nəfər) təşkil edir. Səhmdar cəmiyyətin fəaliyyəti nəticəsində podratçı şirkətlərlə bərabər 2000 nəfərdən çox insan üçün daimi iş yeri yaradılıb. Bu müddət ərzində təhlükəsiz iş saatlarının sayı isə 6.5 milyona çatıb.


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top