“Ermənistanın Qərblə əlaqələri inkişaf etdirməsi danışıqlara müsbət təsir edə bilər” — Politoloq

SİYASƏT 10 iyul 2024, 19:40
 “Azərbaycanla Ermənistan arasında danışıqlar prosesində əlbəttə ki, Vaşinqtonun da maraqları və rolu var. Həmçinin Türkiyə ilə koordinasiyalı şəkildə iş davam etdirilir”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, NATO sammitində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin danışıqlar aparacağı ilə bağlı Azərbaycan tərəfində rəsmi məlumat yoxdur: 

“Vaşinqton tərəflər arasında görüş təşkil etmək və danışıqlarda vasitəçi rolunu oynamağa çalışır. Tərəflər arasında danışıqlar ikitərəfli müstəvidə müsbət istiqamətdə davam edir. Ermənistanla yekun sülh müqaviləsinin imzalanması onun konstitusiyasında dəyişikliklərin edilməsindən asılı olacaq. COP29 tədbirinə kimi yalnız Çərçivə Sazişi imzalana bilər. Əlbəttə ki, tərəflər arasında görüşlərin davam etdirilməsi müsbət haldır. Ermənistanın Qərblə əlaqələri inkişaf etdirməsi bir növ Azərbaycanla da danışıqlarda irəliləyişə gətirib çıxarır”.

Qeyd edək ki, ABŞ Azərbaycanla Ermənistan arasında diplomatik nizamlanma üzərində işi davam etdirir. Bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top