“Satıcılar da buna görə qiyməti bahalaşdırır” — 13 manatlıq gilas

GÜNDƏM 10 iyul 2024, 17:32
Paytaxtda gilasın 13 manata satıldığı yerlər var. Sosial şəbəkə istifadəçiləri yazırlar ki, bəzi meyvə mağazalarında gilasın bir kiloqramı 13 manata satışa qoyulur. Xaçmazda isə bu meyvənin qiyməti 5 manatdır.  

İqtisadçı ekspert Akif Nəsirli Demokrat.az-a açıqlamasında bunun səbəbini fermerlərin üzləşdiyi məhdudiyyətlərlə əlaqələndirib. Onun sözlərinə görə, Azərbaycanda fermerlərin bazara birbaşa çıxışı yoxdur:



“Bu, ənənəvi problemdir. Fermerin bazara birbaşa çıxışı təmin edilsə, Xaçmazdan Bakıya gətirilən gilasın qiyməti bu qədər yüksək olmaz. 5 manata Xaçmazda satılırsa, burada maksimum 7-8 manata olar. Digər tərəfdən elə satış nöqtələri var ki, orada əhali maddi cəhətdən yaxşı yaşayır, elit yerlər sayılır. Onlar gilasın qiymətinə heç əhəmiyyət vermirlər, baha da olsa alırlar. Satıcılar da buna görə qiyməti bahalaşdırır. Təbii ki, hər yerdə belə deyil. Avropa şəhərlərində də elə yerlər var ki, orada hər şey bahadır".

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top