“Bəzi özəl klinikalarda şərait olmadığı halda müxtəlif cərrahi əməliyyatlar keçirilir” — AÇIQLAMA

GÜNDƏM 09 iyul 2024, 18:42
Xəbər verdiyimiz kimi "Reo-Med" klinikasına liposaksiya üçün müraciət edən 29 yaşlı qadın komaya düşərək vəfat edib. Vəfat edən  Aybəniz Almuradovanın ailəsi həkimlərdən şikayətçidir. Əməliyyatı icra edən həkimin tibb üzrə ali təhsilinin olmadığı iddia olunur. Klinikanın adı isə qanunsuz fəaliyyətdə hallanır.  

Məsələyə münasibət bildirən professor Adil Qeybulla Demokrat.az- açıqlamasında bunun təəssüfedici hadisə olduğunu deyib:


“Təəssüflər olsun ki, bu gün özəl klinikalarda tibbin qanunları kobud şəkildə pozulur. Bir dəfə çıxışmda da dedim ki, özəl klinikalar ciddi şəkildə təftiş edilməlidir. Bu müəssisələr vergi ödəyicisi adı altında istədiklərini edir, tibbin qanunlarını pozur, ixtisası üzrə olmayan insanlar burada çalışırlar, şərait olmadığı halda müxtəlif cərrahi əməliyyatlar keçirilir. Bir şey nəzərə alınmalıdır ki, özəl klinikalar da genefondun sağlamlığına cavabdehdir və məsuliyyət daşıyır. 
Düşünürəm ki, baş vermiş hadisə ilə bağlı ciddi araşdırma aparılmalıdır. Hər bir özəl klinika akkreditasiya almalıdır. Kimlər, hansı ixtisas sahibləri çalışır burada – hamısı lisenziya almalıdır. Qaydalar pozulduğu halda ciddi cəzalar tətbiq olunmalıdır”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top