Hacıqabul xəstəxanasında şoka düşərək ölən qadınla bağlı RƏSMİ AÇIQLAMA

GÜNDƏM 09 iyul 2024, 15:08
Xəbər verdiyimiz kimi, dünən saat 21:00 radələrində Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə müraciət edən 1969-cu il təvəllüdlü qadın pasiyent antibiotik inyeksiyasından sonra anaflaktik şoka düşərək həyatını itirib. 

Demokrat.az məsələ ilə bağlı TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova ilə əlaqə saxlayıb. 

Zamirə Ədilova məlumatı təsdiqləyib və bildirib ki, ölümün dəqiq səbəbi ancaq patoloji-anatomik yarmadan sonra dəqiq bəlli ola bilər:

“Hadisə ilə əlaqədar aradırma aparılır. Hadisə tibb bacısı tərəfindən sınaq üçün tətbiq edilən inyeksiya zamanı baş verib. Beləki, xəstə daxil olarkən digər həkiminin yazdığı reseptə uyğun venadaxili inyeksiyanın tətbiq olunmasını xahiş edib. Növbətçi həkim reseptlə tanış olduqdan sonra tətbiq edib. Bundan sonra xəstədə anafilaktik şok halı baş verib. Dərhal konsilium üçün həkim-anestezioloq-reanimatoloq çağırılıb.

Tibbi protokola uyğun olaraq, şok əleyhinə zəruri yardımlar edilib. Xəstənin halı anidən pisləşdiyi üçün intubasiya etmək mümkün olmayıb. Bundan əlavə, xəstəyə 35 dəqiqə müddətində ürəyin qapalı masajı, oksigen terapiya və digər zəruri yardımlar edilib. Aparılan tədbirlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, xəstədə saat 21:57-də ölüm halı qeydə alınıb”.

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top