İtkilər çoxalacaq, ciddi fəsadlar yaranacaq — Politoloq

SİYASƏT 09 iyul 2024, 15:04
Rusiya-Ukrayna müharibə artıq üçüncü ildir ki, davam edir. Bu müddət ərzində nə Rusiya, nə də Ukrayna ciddi uğur əldə edə bilməyib.

Son iki gündür ki, Rusiya Ukraynanın Kiyev şəhərində mülki obyektlərə aviazərbələr endirib. Nəticədə, 20-dən çox insan həlak olub, 100-lərlər vətəndaş yaralanıb.

İndiki halda  Rusiya ilə Ulkraynanın sülh danışıqlarına getməsi mümkündürmü?


Mövzu ilə bağlı politoloq Tural İsmayılov Demokrat.az-a açıqlama verib.

Politoloq hesab edir ki, Rusiya ilə Ukraynanın sülh danışığı aparması indiki halda mümkünsüz görünür.



“Rusiya-Ukrayna müharibəsinə beynəlxalq güclərin adekvat reaksiya verə bilməməsi, Rusiyanın işğalçılıq mahiyyəti, eyni zamanda, Ukraynanın da ərazi bütövlüyünə olan sıx bağlılığı nəinki hansısa bir razılaşmanın əldə edilməsinə, ortaq addımlar atılmasına böyük əngəllər törədir. Faktiki olaraq bizim müşahidə etdiyimiz odur ki, son dövrlər Rusiya ilə Ukrayna arasında sülh danışıqlarında pozitiv və lazımi danışıqların əldə edilməməsi müharibənin dağıdıcı təsirlərinin genişlənməsinə təsir edir. Həmçinin iki ölkə arasında sülh danışıqlarının əldə edilməsi məsələsinin kifayət qədər əngəlləyir. Bütün bu məsələlər nəticəsində, dünən Rusiyanın Kiyevə hücumları baş verdi. Nəticədə, 20-dən çox mülki insanın öldüyü açıqlanıb. Eyni zamanda, Ukrayna Rusiyanın Belqorod şəhərini vurub.

Müsbət danışıqlar əldə edilmədikcə itkilər çoxalacaq. Bununla ciddi fasadların artıdığının şahidi olacağıq. Bütün beynəlxalq təşkilatlar bu iki ölkənin bir masaya oturub sülh danışıqlarını həyata keçirmələri üçün cəhdlər edir. Amma istənilən halda baş verən hadisələr də göstərir ki, belə çətin məqamlarda Rusiya-Ukrayna arasında hər hansısa bir sülhdən danışmaq qeyri-mümkündür.”

Şahanə XANKİŞİYEVA
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top