Ürəyi zəif olanların yayın bürküsündən qorunmağının 5 yolu

MARAQLI 09 iyl 2024, 08:49
"İsti havada ürək xəstəliyi olan insanlar su rejimini qorumalı və "nəfəs alan" parçalardan hazırlanmış geyimlər geyinməlidirlər".

Bu barədə ABŞ Kardioloji Assosiasiyasının (AHA) həkimlərinin "MedicalXpress"də dərc olunan məqaləsində deyilir.

Ekspertlər izah ediblər ki, yüksək hava temperaturu ilə əlaqəli ürək xəstəliklərinin kəskinləşməsinin və ölüm hallarının qarşısını müvafiq təhlükəsizlik qaydalarına riayət etməklə almaq olar.

Onların sözlərinə görə, isti hava təkcə zəif ürəyi olan insanlar üçün deyil, həm də uşaqlar, yaşlılar, eləcə də hipertoniya və piylənmədən əziyyət çəkənlər üçün təhlükəlidir.

"Sağlamlığı qorumaq üçün əhalinin həssas qruplarının günəş aktivliyinin pik olduğu vaxtında evdə qalmağı tövsiyə olunur. Küçəyə çıxmazdan əvvəl pambıq, kətan və ya nəm çəkmə xüsusiyyətlərinə malik poliester kimi "nəfəs alan" parçalardan hazırlanmış açıq rəngli geyimlər geyinmək lazımdır. Baş örtüyü, günəş eynəyi və krem unudulmamalıdır", - deyə mütəxəssislər bildiriblər.

Bundan başqa həkimlər insanları su rejimini qorumağa, kofein və ya alkoqol tərkibli susuzlaşdırıcı içkilərdən imtina etməyə çağırıblar.

Küçəyə çıxmaq zərurəti yarandıqda həkimlər kölgəli yerlərdən keçməyi və küçədə sərin yerlərdə istirahət fasilələri ilə hərəkət etməyi məsləhət görüblər.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top