Ukraynada matəm ELAN OLUNDU

DÜNYA 08 iyul 2024, 23:00
Rusiyanın Ukraynanın paytaxtı Kiyevdə mülki obyektlərə hücumu ilə əlaqədar şəhər hakimiyyəti iyulun 9-nu paytaxtda matəm günü elan edib.

Demokrat.az
 xəbər verir ki,  bu barədə şəhər meri Vitali Kliçko “Telegram” kanalında məlumat yayıb.

“Bu gün şəhərdəki bütün bələdiyyə binalarında bayraqlar yarıya qədər endiriləcək. Həmçinin dövlət və özəl binalarda dövlət bayraqlarının endirilməsi tövsiyə olunur.
İyulun 9-da şəhərdə hər hansı əyləncə tədbirlərinin keçirilməsi qadağandır. Telekanallara və radiolara müraciət edirik ki, yayım şəbəkəsində müvafiq dəyişikliklər etsinlər. Paytaxtda dağıntıların təmizlənməsi davam edir” , - Kliçko qeyd edib.

Qeyd edək ki, bu gün Rusiya silahlı qüvvələri Ukraynanın Kiyev də daxil olmaqla, bir neçə şəhərlərinə müxtəlif tipli 40-dan çox raket atıb. Nəticədə Kiyevdə 36 nəfər ölüb, 140 nəfər isə yaralanıb.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 oktyabr 2024, 17:57
Top